10 ayın sosial göstəriciləri
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin 10 ayında proqnozla müqayisədə 5 faiz və ya 303 mln. manat çox olmaqla 5 mlrd. 823 mln. manat təşkil edib.
Fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları həmin dövrdə proqnoza nisbətən 4 faiz və ya 182 mln. manat artaraq 4 mlrd. 662 mln. manat olub.
Yanvar-oktyabr aylarında DSMF-nin xərcləri 5 mlrd. 726 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 13 faiz və ya 676 mln. manat çoxdur.