Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) mənzil qərargahı Birləşmiş Krallıqda yerləşən “Global Brands Magazine” beynəlxalq qurumunun təşkil etdiyi “Global Brand Award 2024” beynəlxalq müsabiqəsində uğur qazanıb.
Fondun təqdim etdiyi iş müsabiqənin münsifləri tərəfindən yüksək qiymətləndirilib və DSMF müsabiqədə "Investment and Securities Awards” kateqoriyası üzrə “İlin Ən Yaxşı Sosial Təminat Qurumu” ali mükafatına layiq görülüb.
“Global Brand Award 2024” müsabiqəsi beynəlxalq platformada sənaye mərkəzlərinin iqtisadi və sosial inkişafını, liderlik bacarıqlarını, müxtəlif sahələrdə ən önəmli nailiyyətləri qlobal səviyyədə tanıtmaq məqsədi daşıyır.
Müsabiqədə ölkəmizlə yanaşı Belçika, ABŞ, Almaniya, İsveçrə və digər ölkələrdən qurumlar iştirak ediblər.
Qeyd edək ki, bu mükafat DSMF-nin bu il ərzində layiq görüldüyü 24-cü, son 3 ildə və cari ilin ötən dövründə isə 47-cı beynəlxalq mükafatdır.