Bu il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən işəgötürənlərin məlumatlandırılması məqsədi ilə 52 rayon və şəhərdə dəyirmi masalar keçirilib.
Tədbirlər “Məşğulluq haqqında” Qanunun qüvvəyə minməsi ilə əlaqədar, həmçinin “Sosial tərəfdaşlığın məşğulluğun təminatında rolu” və “Qeyri-rəsmi məşğulluğun qarşısını alınması” mövzularında işəgötürənlərin məlumatlandırılması məqsədi daşıyıb.
Şəhər (rayon) İcra Hakimiyyətlərinin, Həmkarlar İttifaqı Təşkilatlarının nümayəndələrinin də iştirak etdiyi dəyirmi masalarda məşğulluq haqqında qanunvericilikdə əksini tapan yeniliklər qeyd olunub. İşsiz və işaxtaran vətəndaşların məşğulluğunun təminatı, aktiv əmək bazarı proqramlarının genişləndirilməsi sahəsində atılan addımlar haqqında işəgötürənlərə ətraflı məlumat verilib.