Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün sosial xidmət müəssisələri, eləcə də uşaq evi və internat müəssisələri və Uşaq Psixonevroloji Mərkəzində əlilliyi olan 22 uşaq övladlığa verilə bilən uşaqlar kimi müəyyən olunub.
Həmin uşaqlar barədə məlumatlar Nazirliyin “Valideyn himayəsindən məhrum olmuş uşaqlar, himayədar ailə və övladlığagötürmə” altsisteminə daxil edilib.
Övladlığa verilə bilən uşaqlar üçün fərdi inkişaf planı hazırlanıb. Fərdi inkişaf planlarının tərtibatı zamanı uşaqların yaşı, sağlamlığı, istək və mənafeləri, bacarıq və digər xüsusiyyətləri nəzərə alınıb.
Qeyd edək ki, valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün sosial xidmət müəssisələrindən övladlığa götürülən əlilliyi olan uşağa görə onu övladlığa götürən şəxs üçün aylıq 600 manat müavinət nəzərdə tutulub.
Bu müavinətlə yanaşı, uşağın orqanizmin funksiyalarının pozulması:
nəzərdə tutulub.
Beləliklə, valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün sosial xidmət müəssisələrindəki əlilliyi olan uşağın övladlığa götürülməsinə görə aylıq sosial ödənişin ümumi məbləği uşağın əlillik göstəricisi 81-100 faiz olduqda 1170 manat (gözdən əlilliyə görə olduqda 1270 manat), 61-80 faiz olduqda 920 manat, 31-60 faiz olduqda 850 manat təşkil edir.