Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi Quba rayonunda ictimai dinləmə keçirib.
Tədbir “Əlilliyin qiymətləndirilməsinin elektron qaydada həyata keçirilməsi barədə məlumatlandırma və yaranan problemlər” mövzusunda olub. Tədbirdə əlilliyin qiymətləndirilməsi sahəsində son illər aparılan islahatlar, bu sahədə elektron infrastrukturun əhəmiyyəti qeyd edilib.
Tibbi-sosial ekspertiza xidmətlərinin göstərilməsində operativliyin və şəffaflığın təmin edildiyi, əlilliyin qiymətləndirilməsi sahəsində ötən ilin iyun ayından tətbiq olunan yeni meyarların üstünlükləri haqqında məlumat verilib.
Agentliyin əməkdaşları əlilliyin qiymətləndirilməsi proseduru, o cümlədən əlilliyi olan şəxslərə göstərilən reabilitasiya xidmətləri barədə təqdimatla çıxış ediblər.
İştirakçıların əlillik meyarları, əlilliyin gücləndirilməsi, eləcə də reabilitasiya müəssisələrində bərba müalicə kursu keçməklə bağlı sualları cavablandırılıb.