Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi (DTSERA) növbəti beynəlxalq uğura imza atıb.
ABŞ-nin aparıcı qiymətləndirmə proqramlarından olan nüfuzlu “Global Recognition Awards” beynəlxalq müsabiqəsində Agentliyin fəaliyyət sahələrində son illər aparılan islahatlar münsiflər heyəti tərəfindən ən yüksək balla qiymətləndirilib.
Beləliklə, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi müsabiqəsinin qalibi seçilərək, “Global Recognition Awards 2024” mükafatına layiq görülüb.
Böyük Britaniya, ABŞ, Almaniya, Macarıstan, Kanada, İspaniya, Mərakeş, Avstraliya, Yunanıstan və digər ölkələrdən dövlət və özəl qurumların, nüfuzlu beynəlxalq təşkilatların da iştirak etdiyi müsabiqə innovasiya, korporativ məsuliyyət və s. üzrə ən önəmli nailiyyətləri qlobal səviyyədə tanıtmaq məqsədi daşıyır.
Qeyd edilən mükafat rəqəmsal texnologiyaların, innovativ yanaşmaların geniş tətbiqi və s. üzrə mühüm nailiyyətlər əldə edən təşkilatlara verilir.