Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) ilə Koreyanın Milli Pensiya Xidməti arasında əməkdaşlıq həyata keçiriləcək.
Bu məqsədlə DSMF İdarə Heyətinin sədri Himalay Məmişov və ölkəmizdə səfərdə olan Koreyanın Milli Pensiya Xidmətinin icraçı direktoru Conq Haq Kim iki qurum arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıblar.
Sənəddə qurumların qarşılıqlı faydalı əlaqələr qurmaq niyyəti əsasında pensiya təminatı ilə bağlı qanunvericilikdə edilən dəyişikliklər, bu sahədə məlumat mübadiləsi və digər əməkdaşlıq istiqamətləri müəyyən edilib.
H.Məmişov və Conq Haq Kim imzalanan sənədin Azərbaycan və Koreya arasında ikitərəfli əlaqələrin genişlənməsinə töhfə kimi qiymətləndiriblər. Sənədin iki qurum arasında əməkdaşlığın qurularaq genişlənməsinə zəmin yaradacağı vurğulanıb.