Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) mənzil-qərargahı Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) yerləşən “Global Business Review Magazine” qurumunun təşkil etdiyi “Global Business Review Magazine Awards 2024” beynəlxalq müsabiqəsində növbəti uğuruna imza atıb.
DSMF-nin müsabiqə işi münsiflər tərəfindən yüksək qiymətləndirilib və Fond “İlin Ən Yaxşı Pensiya Fondu 2024” ali mükafatına layiq görülüb və adı müsabiqə üzrə qaliblərin siyahısında yer alıb.
Müsabiqədə BƏƏ, Almaniya, Kanada, Birləşmiş Krallıq, Avstraliya, Avstriya, İtaliya, Lüksemburq, Braziliya, Rusiya da daxil olmaqla 40-dan çox ölkənin müvafiq dövlət və özəl qurumları iştirak edib.
Dünyada ən nüfuzlu brend nəşrlərdən olan “Global Business Review Magazine” müsabiqələr təşkil edir, strateji liderlik və transformativ təşəbbüsləri, innovativ layihələri ilə fərqlənən təşkilatların nailiyyətlərini işıqlandırır.