Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş Gənclər və İdman Nazirliyi, AFFA və Azərbaycan Minifutbol Federasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumları arasında minifutbol turnirinin 5-ci turunun oyunları keçirilib.
Bu gün baş tutan oyunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Müdafiə Nazirliyinin komandaları qarşılaşıblar. Oyun 2-1 hesabı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin komandasının xeyrinə başa çatıb.