Artıq 3 aydır fəaliyyətdə olan bu yeni internet televiziyası əmək, məşğulluq, sosial müdafiə və sosial təminat mövzuları üzrə verilişlər, xəbərlər yayımlamaqla, izləyici suallarının birbaşa cavablandırılmasını təmin edir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanmış, DOST TV – internet televiziyası ilə bağlı posterlər Dövlət Reklam Agentliyinin dəstəyi ilə Bakı şəhərinin müxtəlif məkanlarında nümayiş olunur.