Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi (DOST RİM) İsveçrənin Ümumdünya Rabitə Forumu Assosiasiyası tərəfindən təşkil edilən beynəlxalq “Davos Communications Awards-2023” müsabiqəsinin qalibi olub.
Bu barədə Asossasiyanın saytında məlumat yerləşdirilib: Winners - 2023 - Davos Communications Awards (wcfaglobal.com)
Müsabiqədə Azərbaycan da daxil olmaqla 20 ölkədən 32 kateqoriya üzrə 95 qurum iştirak edib.
DOST RİM müsabiqədə il ərzində həyata keçirilmiş sosial rəqəmsal layihələr və onların vətəndaşlar üçün töhfəsi barədə məlumatlarla iştirak edib və “İlin rəqəmsal agentliyi” nominasiyası üzrə gümüş mükafata layiq görülüb. Bununla da DOST RİM-in bu il əldə etdiyi beynəlxalq mükafatlarının sayı 10-a çatıb.
Qeyd edək ki, “Davos Communications Awards” müsabiqəsi qlobal miqyasda ictimaiyyətlə əlaqələr və qurum-vətəndaş kommunikasiyası sahəsində nailiyyətləri təqdim etmək məqsədi daşıyır.