Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində hazırda həssas əhali qruplarından olan 173 benefisiar 14 fəaliyyət istiqaməti üzrə təlimlərdə istedad və bacarıqlarını təkmilləşdirir.
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılan Mərkəzdə əlilliyi olan şəxslər və digər həssas qrupların yaradıcı potensialının inkişafına dəstək göstərilir.
Mərkəzin benefisiarlarından:
140 nəfəri əlilliyi olan şəxslər
12 nəfəri şəhid ailələrinin üzvləri, müharibə ilə əlaqədar əlilliyi olanlar, onların ailə üzvləri
12 nəfəri valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş şəxslər
9 nəfəri aztəminatlı ailələrin üzvləridir.
Mərkəzdə bir benefisiar eyni vaxtda bir neçə xidmət istiqaməti üzrə təlim ala bilər.
DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində son bir ildə 180-dən çox, Mərkəzin 2 ildən artıq fəaliyyəti müddətində isə 480-dən çox benefisiar müxtəlif fəaliyyət istiqamətləri üzrə xidmətlərdən yararlanıb.