Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi və onun filiallarında ötən dövr ərzində 650-dək benefisiar müxtəlif fəaliyyət istiqamətləri üzrə təlimlərə cəlb edilib.
Onlardan 128-i əlilliyi olan şəxslər, qalanları şəhid ailələrinin üzvləri, valideyn himayəsindən məhrum şəxslər və digər həssas qruplara aid şəxslər olub.
Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan Mərkəzdə həssas qruplara aid şəxslərin yaradıcı potensialının, bacarıqlarının inkişafına və cəmiyyətə inteqrasiyasına dəstək göstərilir.
2021-ci ilin oktyabr ayında açılışı olan Mərkəzin İsmayıllı və Bərdə rayonlarında filialları da fəaliyyət göstərir.
Mərkəz və filiallarında hazırda 201 benefisiar 14 fərqli fəaliyyət istiqaməti üzrə təlimlərdə bacarıqlarını inkişaf etdirir. Benefisiarlarla bağlı reabilitasiya işləri də aparılır.