Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən Bakı və Sumqayıt şəhərlərində daha bir qrup müharibə veteranına özünüməşğulluq proqramı üzrə aktivlər təqdim edilib.
Seçdikləri fəaliyyət istiqamətləri (avtomobil şinlərinin bərpası və təmiri xidmətləri) üzrə lazımi avadanılıqlarla təmin edilməklə onlar üçün kiçik bizneslər yaradılıb.
Tarixi Zəfərimizlə başa çatan Vətən müharibəsindən sonrakı dövrdə cari ilin 1 sentyabr tarixinə şəhid ailələri üzvləri və müharibə iştirakçıları olan 19,6 min şəxs aktiv məşğulluq proqramlarına cəlb olunub. Onlardan 10,1 min şəxs özünüməşğulluq proqramına cəlb edilməklə onlar üçün proqramın dəstəyi ilə kiçik təsərrüfatlar yaradılıb.
Proqrama cəlb edilən şəxslər ilk olaraq təlimlərə cəlb edilir, daha sonra isə qiymətləndirmədən keçərək aktivlərlə təmin olunurlar. Aktivlərlə təmin olunan şəxslərə sonrakı mərhələdə biznesin idarə edilməsi və inkişafı ilə bağlı məsləhət xidmətləri də göstərilir.