Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərlik etdiyi “Əmək bazarı” işçi qrupunun növbəti iclası keçirilib.
İclasda işçi qrupunun rəhbəri, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov, Komissiyanın Katibliyinin rəhbəri, Prezident Administrasiyasının sektor müdiri Vüsal Şıxəliyev, işçi qrupunda təmsil olunan hökumət və qeyri-hökumət qurumlarının nümayəndələri iştirak edib.
Dünya Bankı Qrupunun “Business Ready” hesabatının “İşçi qüvvəsi” indikatoru ilə bağlı təsdiq edilmiş “Yol xəritəsi” üzrə görülən işlərdən, bu sahədə yeni təşəbbüslərdən və əldə olunacaq nəticələrdən bəhs olunub.
Həmin “Yol xəritəsi” üzrə əmək qanunvericiliyinin təkmilləşdirilməsi sahəsində həyata keçirilən tədbirlər və məşğulluq xidmətlərinin keyfiyyətinin artırılması istiqaməti üzrə görülən işlər qeyd edilib. Bu istiqamətdə həyata keçiriləcək layihələr barədə aidiyyəti strukturlar tərəfindən məlumatlar təqdim olunub.
Eyni zamanda “Orta məktəbdə təhsil alan şagirdlərin peşəyönümü meyillərinin öyrənilməsinə dair keçirilmiş sorğu üzrə nəticələr” mövzusunda təqdimat edilib.
İclasda qeyd edilən sahələr üzrə görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub.