9 ayın sosial göstəriciləri
Bu ilin yanvar-sentyabr aylarında DOST mərkəzlərində 518 min vətəndaşa xidmət göstərilib.
DOST xidmətlərindən vətəndaşların məmnunluq səviyyəsi 98,2 faiz təşkil edib.
DOST mərkəzləri şəbəkəsinin genişləndirilməsi istiqamətində növbəti addım olaraq bu il avqustun 7-də Prezident İlham Əliyevin iştirakı ilə Bərdədə Qarabağ Regional DOST mərkəzinin açılışı olub. Beləliklə, DOST mərkəzlərinin sayı 7-ə çatıb.
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası əsasında 159 sosial xidmət “bir pəncərə”dən, müasir və çevik, şəffaf mexanizmlərlə, vətəndaş rahatlığı və məmnunluğuna uyğun təqdim olunur.
“Könüllü DOST” proqramına isə bu ilin 9 ayında 20,8 minə yaxın müraciət olub və proqrama daha 1123 nəfər cəlb edilib.