Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən bu il paytaxt və bölgələrimizdə 150 əmək yarmarkasının həyata keçirilməsi nəzərdə tutulub.
Onlardan İsmayıllı, Şamaxı, Cəbrayıl, İmişli, Laçın, Ağstafa, Cəlilabad, Yevlax, Bərdə, Siyəzən, Saatlı, Şəki və s. rayonlarda 20 yarmarka artıq təşkil olunub.
Paytaxt və bölgələrimizdə təşkil olunan əmək yarmarkalarında işsiz və işaxtaran şəxslərə müəssisələrdə mövcud olan vakansiyalar, həmin vakansiyalara dair tələblər barədə məlumat verilir.
Bu aktiv məşğulluq tədbirlərində işəgötürənlərin nümayəndələrinin vakansiyalara namizədlərlə ilkin müsahibələr təşkil edilir.
Yarmarkalarda işsiz və işaxtaran şəxslər Agentliyin icra etdiyi layihələr barədə də məlumat əldə edirlər.
Qeyd edək ki, ötən il keçirilən 147 əmək yarmarkasında 1800 müəssisə tərəfindən 15,7 min vakansiya təqdim olunub.