Cari ilin ötən dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən 1115 nəfər əlilliyi olan şəxs özünüməşğulluq proqramına cəlb olunub.
İlk növbədə həmin şəxslər təlim kurslarına cəlb edilib və onlara kiçik biznesin təşkili üzrə zəruri bilik və bacarıqlar öyrədilib.
Kursları uğurla başa vuran və qiymətləndirmə zamanı biznes-planları müsbət dəyərləndirilən şəxslər seçdikləri iqtisadi fəaliyyət növləri üzrə aktivlərlə (mal və materiallarla) təmin ediliblər.
Qeyd edək ki, proqramına cəlb edilmək üçün müraciət edənlər arasında üstünlük verilən kateqoriyalardan biri də əlilliyi olan şəxslərdir.