İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda əksini tapan məşğulluq məsələləri ilə bağlı müzakirə aparılıb.
İİTKM-in icraçı direktoru Vüsal Qasımlı, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev, nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəylinin iştirak etdiyi görüşdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında aktiv işçi qüvvəsi tələb edən sahələr müzakirə olunub. Bu sahələr əsasən dövlət və özəl olmaqla bir neçə istiqamət üzrə təsnifatlandırılıb. Bundan başqa Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında "Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində 2024-cü ildə tikintisi planlaşdırılan obyektlər, köçürülən əhalinin peşə hazırlığı, pilot layihələrin icrası və s. digər əhəmiyyətli məsələlərdən danışılıb.
Fikir mübadiləsinin ardınca müzakirələrin davam etdirilməsinə qərar verilib. Həmçinin müzakirə mövzusu olan bölgəyə birgə səfərlərin həyata keçirilməsi və araşdımaların aparılması haqqında razılıq əldə olunub.