Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sifarişi ilə icra olunan layihələr əsasında hazırda 30 şəhər və rayonda günərzi qayğı mərkəzləri fəaliyyət göstərir.
Gəncə, Mingəçevir, Ağdaş, Astara, Ağdam, Şəmkir, Ağsu, Beyləqan, Bərdə, Cəlilabad, Göygöl, Goranboy, Xaçmaz, Qax, Qazax, Quba, Lənkəran, Masallı, Naftalan, İsmayıllı, Samux, Sabirabad, Salyan, Şabran, Şirvan, Ucar, Qax, Qazax, Tovuz və Zaqatalada yaradılmış həmin mərkəzlərdə 900-dən çox uşağa xidmət göstərilir.
Günərzi mərkəzlərdə xüsusi qayğıya ehtiyacı olan uşaqların, o cümlədən əlilliyi müəyyən edilmiş uşaqların korreksiya, abilitasiya, reabilitasiya və s. xidmətlərlə, psixoloji dəstəklə təminatı işləri aparılır. Maraq və qabiliyyətləri nəzərə alınaraq müxtəlif dərnəklər vasitəsi ilə bacarıqlarının, təxəyyüllərinin inkişaf etdirilməsinə, özünə xidmət qabiliyyətlərinin artırılmasına dəstək göstərilir.
Qeyd olunan layihələr uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması, həssas qruplardan olan uşaqların və ailələrinin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədi daşıyır.