Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Banklar Assosiasiyasının birgə icra etdiyi “Özünüməşğulluğa dəstək-2023” layihəsi başa çatıb.
Layihə çərçivəsində bu il 300 işsiz şəxsə aktivlər təqdim olunaraq onlar üçün istehsal, xidmət və kənd təsərrüfatı istiqaməti üzrə kiçik bizneslər yaradılıb.
Layihə iştirakçılarının əksər hissəsi şəhid ailəsi üzvləri, müharibə iştirakçıları, əlilliyi olan şəxslər və digər həssas qruplardan olanlardır.
Özünüməşğulluq proqramının genişləndirilməsində önəmli rol oynayan “Özünüməşğulluğa dəstək-2023” layihəsinə ümumilikdə 23 bank qoşulub.