Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi (DOST RİM) tərəfindən Beynəlxalq SOS Fondunun “Duty of Care 2024” müsabiqəsinə təqdim olunan “Proaktiv təyinat mexanizmi” və “Əmək və Məşğulluq” altsistemi layihələri münsiflər heyəti tərəfindən yüksək qiymət alıb.
Hər iki layihə müsabiqənin “İnnovasiya” kateqoriyası üzrə qalib seçilərək mükafatlara layiq görülüb.
https://www.internationalsosfoundation.org/newsroom/press-releases/duty-of-care-awards-winners-announced
Mükafatlar Avstraliya İttifaqının Sidney şəhərində keçirilmiş "Qayğı Vəzifəsi Sammiti"ndə Azərbaycan Respublikasının Avstraliya İttifaqı, Fici Respublikası və Yeni Zelandiyadakı müvəqqəti işlər vəkili Vaqif Cəfərova təqdim olunub.
“Yenidən təsəvvür edilən gələcək üçün aparıcı dəyişiklik” mövzusunda təşkil edilmiş müsabiqəyə Avstraliya, Yeni Zelandiya, ABŞ, Almaniya, Polşa, Çin, Koreya, Malayziya, Sinqapur və s. daxil olmaqla 29 ölkədən layihələr təqdim edilib.
Beləliklə, ilk dəfə olaraq Azərbaycanın rəqəmsal sosial layihələri Avstraliya qitəsində mükafata layiq görülüb.