Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən növbəti əmək yarmarkası aprelin 26-da Ağdamın Quzanlı qəsəbəsində təşkil olunacaq.
Yarmarkada işsiz və işaxtaran şəxslərə 12 müəssisə tərəfindən müxtəlif istiqamətlər üzrə 170 vakansiya təqdim ediləcək.
Yarmarka iştirakçılarına Agentliyin icra etdiyi layihə və tədbirlər barədə ətraflı məlumatlar da veriləcək. Yarmarka saat 11:00-dən 13:00-ə kimi davam edəcək.