Prezident İlham Əliyevin Sərəncamı ilə keçirilən üçüncü “Yüksəliş” müsabiqəsinin final mərhələsi keçirilib.
Final mərhələsində 109 iştirakçı mübarizə aparıb. Onların strateji düşünmək, nəticələrə yönəlmək, komandada işləmək, kommunikasiya və s. üzrə bacarıqları qiymətləndirilib. Qiymətləndirmədə dövlət qurumlarının rəhbərləri də iştirak ediblər.
Müsabiqə Azərbaycanda yüksək idarəçilik qabiliyyətinə malik, intellektual səviyyəli və perspektivli şəxslərin rəhbər vəzifələrə namizədliyinin müəyyən edilməsi, dəstəklənməsi və ölkədə kadr ehtiyatı bankının yaradılması məqsədinə xidmət edir.
Sosial şəbəkələrdə də bizi izləyin: