6 ayın sosial göstəriciləri
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən bu ilin yanvar-iyun aylarında 171,6 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olunub.
Onlardan 46,7 min nəfər “Əmək və Məşğulluq” altsistemindəki vakansiya bankına yerləşdirilən vakansiyalar üzrə işlə təmin edilib.
Həmin dövrdə 6,8 min nəfər özünüməşğulluq proqramına cəlb olunub. Təlim kurslarında iştirak etdikdən sonra onların kiçik bizneslərini yaratmaları üçün aktivlərlə təminatı həyata keçirilib.
Son 6 ayda 6,1 min işsiz şəxs üçün işəgötürənlərlə əməkdaşlıq çərçivəsində peşə hazırlığı kursları təşkil edilib, 112 min şəxsə peşəyönümü xidmətləri göstərilib.
Sosial şəbəkələrdə də bizi izləyin: