Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın təşkilatçılığı ilə Lənkəran şəhərində ictimai dinləmə keçirilib.
“Regionlarda əmək bazarının öyrənilməsi və kadr potensialının gücləndirilməsi” mövzusunda keçirilən tədbirdə bölgədə fəaliyyət göstərən işəgötürənlər, Lənkəran Dövlət Universitetindən nümayəndələr iştirak edib.
Tədbir iştirakçılarına mövzu barədə, habelə Milli Observatoriyanın fəaliyyəti, apardığı tədqiqatlara dair ətraflı məlumatlar verilib. İşəgötürənlərlə birgə regionun əmək bazarına aid məsələlər müzakirə olunub.
“İctimai iştirakçılıq haqqında” Qanuna uyğun olaraq təşkil olunan tədbirdə iştirakçılar arasında əmək və məşğulluq məsələləri ilə bağlı sorğu keçirilib, sualllar cavablandırılıb.
Sosial şəbəkələrdə də bizi izləyin: