Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzində hazırda 100 gəncə peşə reabilitasiya və digər sosial xidmətlər göstərilir. Onlardan bir qismi müharibə ilə əlaqədar əlilliyi olan şəxslərdir.
Müasir tələblərə uyğun şəraitin yaradıldığı Mərkəzdə 15-29 yaşlı əlilliyi olan şəxslərin peşə hazırlığı və peşə reabilitasiyası həyata keçirilir. Burada komputer istifadəçisi, montaj-operator, tikişçi, toxuculuq, xalçaçılıq, ağac üzərində oyma, kişi bərbəri, qadın bərbəri, aşbaz köməkçisi və rəssamlıq üzrə 3-6 aylıq kurslar təşkil olunur.
Mərkəzə qəbul olunan gənclər burada dövlət hesabına yataqxana, yemək, sosial-psixoloji və tibbi-sosial xidmətlərlə təmin olunu, peşə kursları ilə yanaşı, musiqi, dizayn dərnəklərinə, stolüstü oyunlar, paralimpiya idman məşqlərinə də cəlb edilirlər.
Sosial şəbəkələrdə də bizi izləyin: