Böyük Qayıdış proqramı çərçivəsində Zəngilan rayonunun Ağalı və Tərtər rayonunun Talış kəndlərinin sakinlərinin məşğulluğuna dəstək tədbirləri davam edir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən Ağalı və Talış kəndlərində artıq 190 şəxs aktiv məşğulluq proqramları ilə əhatə olunub.
Onlardan 19 sakin Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə birgə təşkil olunan biznes təlimlərə cəlb edilib və təlimlərdən sonra özünüməşğulluq proqramı üzrə aktivlər verilərək onlar üçün kiçik təsərrüfatlar yaradılıb.
Digərlərinin ərazi üzrə iş yerlərində məşğulluğunun təminatı işləri aparılıb. Məşğulluğu təmin olunanlardan 21 nəfəri peşə hazırlığı kursuna cəlb edilərək kursu bitirdikdən sonra, 13-nəfəri isə “İşəgötürənlə birgə işçilərin əməkhaqqının maliyyələşdirilməsi” proqramı üzrə işlə təmin olunub.
Sosial şəbəkələrdə də bizi izləyin: