2021-ci ilin iyul ayında qəbul edilmiş qanunla şəxsə əlillik müddəti bitəndən sonra 6 ayadək dövr ərzində təyin edilən əlillik əvvəlki əlillik müddətinin bitdiyi tarixdən rəsmiləşdirilir.
Beləliklə, həmin aralıq dövr üzrə də şəxsə əlilliyə görə sosial ödəniş verilir. Bu tədbir ötən dövrdə 31 505 şəxsi əhatə edib.
Onlara əvvəlki əlillik müddətinin bitdiyi vaxtdan təkrar əlillik təyin olunan vaxta qədərki 6 ayadək dövr üzrə 13,3 mln. manatdan çox vəsait ödənilib.