2021-ci ildə qəbul edilmiş qanunla şəxsə əlillik müddəti bitəndən sonra 6 ayadək dövr ərzində təkrar təyin edilən əlillik əvvəlki əlillik müddətinin başa çatdığı tarixdən rəsmiləşdirilir.
Beləliklə, həmin 6 ayadək dövr üzrə də şəxsə fasilə verilmədən əlilliyə görə sosial ödənişlər verilir.
Ötən dövrdə 27,7 min əlilliyi olan şəxsə əvvəlki əlillik müddətinin bitdiyi vaxtdan təkrar əlillik təyin olunan vaxta qədərki 6 ayadək dövr üzrə ümumilikdə 12 milyon manatdan çox sosial ödəniş edilib.