Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Əmək müqaviləsi bildirişi” altsistemindən mayın 1-də əldə olunan məlumata əsasən bu ilin əvvəlindən əmək müqavilələrinin sayı 105 min artıb.
Bunu mətbuata müsahibəsində Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bildirib.
Nazir Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq məşğulluq imkanlarının artırılması, qeyri-formal məşğulluğa qarşı mübarizə sahəsində aparılan işləri diqqətə çatdırıb.
O bildirib ki, əvvəlindən əmək müqavilələrinin sayında artımın davam etməsi də aparılan bu işlərin, xüsusilə işəgötürənlərə və işçilərə qeyri-formal məşğulluğa son qoyulması barədə dövlət başçısı tərəfindən edilən çağırışların uğurlu nəticəsidir. Daha bir müsbət ondan ibarətdir ki, 105 min əmək müaviləsi artımının 94 minə yaxını özəl sektorun payına düşür.
S.Babayev, eyni zamanda yanvar-aprel ayları ərzində ölkəmizdə əməkhaqqı fondunun da 8 faiz, özəl sektor üzrə əməkhaqqı fondunun isə 12 faiz artdığını diqqətə çatdırıb.