Şirkət 15 min belə ailəyə ərzaq yardımına başladı
Pandemiya ilə əlaqədar ölkəmizdə həssas əhali qruplarının rifahına dəstək göstərilməsində “Bravo” supermarketlər şəbəkəsi sosial məsuliyyət strategiyası çərçivəsində fəal iştirak edir.
Şirkət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakı və ölkənin bölgələrində evlərində sosial xidmətlərlə təmin edilən tənha yaşlılardan və tənha əlilliyi olan şəxslərdən ibarət 10 minədək şəxsi ərzaq yardımı ilə təmin edib.
Növbəti sosial aksiya kimi “Bravo” ailə başçısını itirmiş 15 min ailənin də ərzaq yardımı ilə təminatı proqramına başlayıb. Nazirlik tərəfindən təqdim edilmiş məlumatlar əsasında həmin ailələr müəyyən edilərək, onlara ərzaq payları könüllülərin iştirakı ilə evlərinə aparılaraq verilir.
Bu kateqoriyadan olan 5 mindən çox ailəyə (36 rayon üzrə) şirkət ərzaq paylarını artıq təqdim edib.
Qeyd edək ki, ailə başçısını itirmiş ailələrə buna görə dövlət tərəfindən aylıq müavinət və ya pensiya da ödənilir.
“Bravo” supermarketlər şəbəkəsinin yeni sosial aksiyası milli həmrəyliyə və sosial məsuliyyət prinsipinə sadiqliyin ifadəsi olmaqla, ailə başçısını itirmiş ailələrin rifahına da əlavə bir dəstəkdir.