Zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsindən sonrakı dövrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin reabilitasiya müəssisələrində 3400-ə yaxın Vətən müharibəsi iştirakçısına tibbi və sosial-psixoloji reabilitasiya xidmətləri göstərilib.
Həmin dövrdə müharibə ilə əlaqədar əlilliyi olan 2 173 şəxs 58,7 min reabilitasiya vasitəsi ilə təmin edilib.
Qeyd edək ki, reabilitasiya infrastrukturunun müasir tələblərə uyğun qurulması, yeni müəssisələrin açılması nəticəsində reabilitasiya potensialı 7 dəfə artırılıb. Həmin müəssisələr Vətən müharibəsi ilə əlaqədar əlilliyi olan şəxslərin bərpa müalicəsində xüsusi önəm kəsb edir.