Ölkəmizdə həssas qruplarla bağlı sosial dəstək aksiyaları keçirən qurumların sırası getdikcə genişlənir.
“İnternational” Bank Olmayan Kredit Təşkilatı da bu istiqamətdə öz dəstəyini göstərib.
Təşkilat Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırda evlərində sosial xidmətlərlə təmin edilən tənha yaşayan yaşlılardan və əlilliyi olan şəxslərdən 100 nəfərini ərzaq yardımı ilə təmin edib.