10 ayın sosial göstəriciləri
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi bu ilin yanvar-oktyabr aylarında 336,2 min şəxsi aktiv məşğulluq tədbirləri ilə əhatə edib.
Onlardan 137 min şəxs münasib işlərlə təmin olunub, 14,9 min şəxs isə kiçik ailə təsərrüfatlarını yaratmaları üçün özünüməşğulluq proqramına cəlb edilib.
Cari ilin 10 ayında 13,4 min işsiz şəxs üçün isə peşə hazırlığı kursları təşkil olunub, 170,9 min şəxsə peşəyönümü xidmətlər göstərilib.