Həssas əhali qruplarına sosial dəstək göstərilməsi istiqamətində geniş vüsət alan nəcib aksiyalara “ŞA-İnşaatçı” MTK şirkəti də qoşuldu.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində mənzillə təmin olunmuş şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə şirkət tərəfindən ərzaq yardımları verilib.
Ümumilikdə 310 ailəyə şirkət tərəfindən ərzaq payları təqdim edilib.
Şirkətin sosial məsuliyyət prinsipindən çıxış edərək həssas qruplara dəstək olması milli birliyin daha bir təcəssümü və xüsusi karantin rejimi dövründə “Evdə qal!” çağırışına dəstəkdir.