Aztəminatı ailələrin ünvanlı sosial yardım proqramından faydalanmaq imkanlarının və proqrama əlçatanlığının artırılması işləri nəticəsində bu yardımı alan ailələrin sayı artmaqda davam edir.
Aprel ayında ünvanlı dövlət sosial yardımı alan ailələrin sayı 13,5 faiz, yəni 9300 ailə və ya 38 min nəfər artıb və bu yardımı alanların sayı 330 min nəfərə (78 min 300 ailə) çatıb.
Hər ailəyə düşən yardımın məbləği 222 manatdır.
Aztəminatlı ailələrə növbəti dəstək kimi, xüsusi karantin rejimi müddətində ünvanlı dövlət sosial yardımının təyin olunma müddəti bitən aztəminatlı ailələrə də bu yardımın verilməsi karantin rejimi başa çatdığı tarixdən sonrakı ayın 1-dək uzadılıb.