Nazirlər Kabinetinin “Azərbaycanda yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair fəaliyyət planı”nın icrası istiqamətində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin 1 saylı (Yasamal, Səbail) və 2 saylı (Xəzər, Pirallahı) Bakı DOST mərkəzlərində kompleks profilaktik tədbirlər görülür.
İnzibati binaların döşəmələri, qapı dəstəkləri və digər təmas səthləri hər gün bir neçə dəfə xüsusi dezinfeksiyaedici məhlullarla təmizlənir.
1 saylı Bakı DOST mərkəzi gün ərzində orta hesabla 450, 2 saylı Bakı DOST mərkəzi isə 170 vətəndaşa xidmət göstərir.
Mərkəzlərdə dezinfeksiya işləri aparılmaqla, əməkdaşların və xidmət üçün müraciət edən vətəndaşların sağlamlığının qorunması məqsədi ilə kompleks profilaktik tədbirlər görülür.