Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun direktoru Himalay Məmişov tənha yaşayan və hazırda sosial-məişət xidməti göstərilən qadınların evlərinə gedərək, onlarla görüşüb.
Bakı şəhər sakinləri 83 yaşlı Firuzə Bağırova və 77 yaşlı Tükəzban Əliyeva 8 Mart - Qadınlar günü münasibətilə nazirlik adından təbrik edilib, onlara hədiyyələr təqdim olunub. Fond direktoru xanımlarla söhbət edərək, onların həyat şəraiti, qayğıları ilə maraqlanıb. Göstərilən sosial-məişət xidməti ilə bağlı onların rəyini öyrənib.