Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sumqayıtdakı Əlilliyi olan şəxslər üçün Bərpa Mərkəzində aparılan əsaslı təmir və yenidənqurma işləri başa çatmaq üzrədir.
Reabilitasiya infrastrukturunun təkmilləşdirilməsi işləri çərçivəsində bu Bərpa Mərkəzində də müasir tələblərə uyğun şərait yaradılır. Burada əlilliyi olan şəxslər bərpa potensiallarının reallaşdırılması üçün fərdi reabilitasiya proqramları əsasında kompleks tibbi-sosial reabilitasiya xidmətlərinə cəlb olunacaq. Müəssisədə səmərəli fizioterapevtik müalicə üsulları tətbiq edilməklə, həmçinin müasir metodika və texnologiyalardan da geniş istifadə olunacaq. Mərkəzdə əlilliyin olan şəxslərin hərəkət imkanları üçün maneəsiz şəraitin yaradılması, onlar üçün müyəssərliyin təmin edilməsi də diqqətdə saxlanılır.
Müəssisə il ərzində 1500-dək əlilliyi olan şəxsi reabilitasiya xidmətləri ilə təmin edəcək.