Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti işəgötürənlərlə peşə hazırlığı kurslarının təşkili istiqamətində əməkdaşlığı davam etdirir.
Növbəti belə peşə kursu “Binə Aqro” MMC-nin sifarişi əsasında istixana operatoru peşəsi üzrə başlayıb. İlkin mərhələdə kursa 16 nəfər cəlb edilib.
“İstixana operatoru” ixtisası üzrə modul tipli kurikulum və tədris vəsaitləri Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin (BMZ) maliyyələşdirdiyi və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) tərəfindən icra edilən “Cənubi Qafqazda özəl sektorun inkişafı və texniki peşə təhsili və təlimi” proqramı çərçivəsində hazırlanıb.
Qeyd edək ki, işəgötürənlər Dövlət Məşğulluq Xidməti ilə həm yeni ixtisaslı kadrlar hazırlamaq, həm də işçilərinin peşə biliklərini daha da təkmilləşdirmək üçün kursların təşkilində əməkdaşlıq edə bilər. Kurslar üçtərəfli (Xidmət, təhsil müəssisəsi, müdavimlər) və ya dördtərəfli (Xidmət, təhsil müəssisəsi, müdavimlər, işəgötürənlər) müqavilələr əsasında həyata keçirilir.