Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən özünüməşğulluq proqramı iştirakçılarına aktivlərin verilməsi prosesi davam edir.
Son iki gün ərzində Bakı, Sumqayıt və Şirvan şəhərləri, Abşeron, Şuşa, Quba, Şabran, Xaçmaz rayonları üzrə təlimləri uğurla başa vuran və biznes planlarını müdafiə etmiş 400-dən çox iştirakçı aktivlərlə təmin edilib.
Onlar verilmiş aktivlər hesabına istehsal-xidmət sahəsi üzrə kiçik müəssisələrini qurublar. İştirakçılara mebel kəsimi, plastik qapı pəncərə istehsalı, avtoyuma avadanlıqları, playstation aparatları və s. təqdim edilib.
Qeyd edək ki, ötən il 10 min 352 nəfər işsiz və işaxtaran vətəndaş özünüməşğulluq proqramına cəlb edilib. Cari il üzrə də proqramın icrası və daha da genişləndirilməsi işləri davam etdirilir.