Dünya Bankının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə icra edəcəyi “Azərbaycanda məşğulluğa dəstək” layihəsi barədə Gəncə şəhərində, Zaqatala və Bərdə rayonlarında maarifləndirmə tədbirləri keçirilib.
Tədbirlərə Gəncə-Qazax, Şəki-Zaqatala və Aran iqtisadi rayonlarından olan vətəndaşlar cəlb edilib.
İştirakçılara layihənin özünüməşğulluq proqramına verəcəyi dəstək, layihəyə cəlb edilən işsiz və işaxtaran şəxslərin vəzifələri, Dünya Bankının bu layihə üzrə standartları və s. barədə məlumat verilib. Qeyd edilib ki, layihənin məqsədi həssas əhali qruplarının özünüməşğulluğunu və onların əmək bazarına daxil olmasını, sahibkarlığa çıxışını dəstəkləmək, müstəqil surətdə gəlir əldə etmələrinə şərait yaratmaqdır.