Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi maraqlı QHT və ekspertləri “2020-2026-cı illərdə Azərbaycan Respublikasında sosial xidmətin inkişafına dair Milli Strategiya” layihəsi ilə bağlı müzakirəyə dəvət edir.
Müzakirə yanvarın 21-də, saat 11:00-da nazirlikdə (Bakı şəhəri, S.Əsgərova küçəsi, 85. Nizami mst. yaxınlığı) keçiriləcək.
Müzakirədə iştirak etmək istəyən vətəndaş cəmiyyəti institutunun nümayəndələrindən və ekspertlərdən əvvəlcədən hasan.shamilov@sosial.gov.az elektron ünvana yazaraq və ya 0125419727 nömrəli telefonla əlaqə saxlayaraq məlumat vermələri xahiş olunur. Əlaqələndirici şəxs: Həsən Şamilov.