Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun “Məzun evi” Sosial Müəssisəsində “İnternat Məzunu Qadınlara Dəstək” layihəsi çərçivəsində “Rəqəmsal marketinq” mövzusunda təlim keçirilib.
“Sağlamlığa Xidmət” İB və “Qadınlara Dəstək Cəmiyyəti”nin təşkil etdiyi tədbirdə məqsəd “Məzun evi”ndəki qadınlara hazırladıqları əl işlərinin satışının internet vasitəsilə təşkilində rəqəmsal marketinqdən istifadə üzrə bilik və bacarıqların aşılanması olub.
Təlim zamanı müəssisə sakinlərinin məşğulluğunun təminatı sahəsində aparılan işlər qeyd edilib, burada yaşayanların hazırladıqları əl işlərinin satışının təşkilinə dəstək göstərilməsinin diqqətdə saxlandığı deyilib.
Təlim zamanı rəqəmsal marketinqdə hansı məhsullara mövsüm üzrə daha çox tələbatın olduğu qeyd edilib, iştirakçılara sosial şəbəkələr üzərindən satışın təşkili ilə bilik və bacarıqlar öyrədilib.