Füzuli rayonundakı Günərzi qayğı mərkəzinə cəlb olunmuş uşaqların iştirakı ilə Beynəlxalq Əlilliyi olan Şəxslər Günü ilə əlaqədar “Əlillik qüsur deyil” adlı kompozisiya təqdim edilib.
Uşaqların bacarıqları nümayiş olunub, hazırladıqları səhnəciklər, şeir və mahnılar maraqla qarşılanıb.
Mərkəz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun sosial sifarişi və maliyyə dəstəyi ilə yaradılıb. “Beyləqan Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişafı” İctimai Birliyi tərəfindən yaradılan mərkəz çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi, həmin uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması məqsədinə xidmət edir.