Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün nəzərdə tutulan “Bir tır hədiyyə” aksiyasına Tərtər və Bərdə rayonlarında başlanıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və “KSM Azərbaycan” MMC-nin birgə layihəsi olan aksiya çərçivəsində hər iki rayonda xüsusi qayğıya ehtiyacı olan uşaqlara hədiyyələr, müxtəlif məktəb ləvazimatları təqdim edilib. Valideynlərə sosial-hüquqi maarifləndirmə yönümlü xidmətlər də göstərilib.
Bərdə, Tərtər və Goranboy rayonları üzrə azı 400-dək uşaq üçün nəzərdə tutulan layihə yeni ilədək davam edəcək. Məqsəd xüsusi qayğıya ehtiyacı olan uşaqlara diqqət göstərmək, cəmiyyətdə sosial məsuliyyət hissini daha da artırmaqdır.