Beynəlxalq Əlilliyi olan Şəxslər günü ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Uşaq Bərpa Mərkəzində də tədbir keçirilib.
Müəssisədə reabilitasiya kursu keçən 50 nəfər sağlamlıq imkanı məhdud uşaq və onların valideynləri iştirak edib. Ölkəmizdə sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsinin gücləndirilməsi, onların reabilitasiya imkanlarının artırılması üçün atılan addımlar diqqətə çatdırılıb. Uşaqlar üçün bərpa müəssisələri infrastrukturunun müasirləşdirilməsi və genişləndirilməsi üçün aparılan işlər qeyd olunub.
Tədbirdə uşaqlar müxtəlif səhnəciklərdən, şer, rəqs və mahnılardan ibarət maraqlı təqdimatlarla çıxış ediblər. Sonra sağlamlıq imkanları məhdud uşaqlara müxtəlif hədiyyələr təqdim edilib.