Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BMT İnkişaf Proqramının “Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması” adlı birgə layihəsi çərçivəsində daha 400 nəfər əlilliyi olan şəxsin kiçik biznes qurmalarına dəstək proqramı çərçivəsində növbəti təlimlər başlayıb.
7 rayonda – Şamaxı, Göyçay, Şəmkir, Bərdə, Gəncə, Mingəçevir və Füzuli rayonundan seçilən iştirakçılara özünüməşğulluq fəaliyyəti çərçivəsində özlərinə dayanıqlı biznes qurmaları üçün zəruri biliklər öyrədilir. Dekabr ayında təlimlər tam olaraq yekunlaşdırılacaq.
Qeyd edək ki, layihənin icrası üçün pilot olaraq 12 rayon və şəhər müəyyən edilib. İlkin mərhələdə həmin şəhər və rayonlar üzrə məşğulluq orqanlarında qeydiyyata alınmış əlilliyi olan şəxslər arasından kiçik biznesini qurmaq üçün potensialları olan 700 nəfər seçilərək təlimlərə cəlb edilir. Təlimləri uğurla bitirən və biznes ideyası müsbət hesab edilən 500 nəfərə kiçik müəssisələrini yaratmaq üçün mal və materiallar formasında dəstək göstəriləcək.