Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Beynəlxalq Qızıl Xaç Komitəsi birgə iş müstəvisində Tərtər rayonunun Hüsənli kəndində yeni məşğulluq layihəsinə başlayıb.
Layihə çərçivəsində rayonda 23 nəfər suvarma kanallarının təmizlənməsi işlərinə cəlb olunub. Bu da bir tərəfdən kanalların təmizlənməsi ilə əkin sahələrinin suvarılması işinə öz faydasını verməklə, daha bir qrup rayon sakininin məşğulluğuna imkan verib.
Həmin işçilərin əməkhaqqı isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən maliyyələşdirilir.